23 Ekim 2015 Cuma

Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamına uyğun olaraq, "Ən yaxşı müəllim" müsabiqəsinin (bundan sonra müsabiqə) keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Müsabiqənin keçirilməsində başlıca məqsəd ölkənin ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq, cəmiyyətdə müəllimin statusunu və nüfuzunu yüksəltmək, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasına nail olmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsində stimullaşdırıcı tədbirlərin mühüm əhəmiyyət daşıdığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.
1.3. Müsabiqə hər tədris ili üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilir.

“Hüquqlarımızı tanıyaq və qoruyaq!” inşa yazı müsabiqəsi

Məktəblilər arasında hüquqi biliklərin artırılması, onların öz hüquqlarını tanıması, bu istiqamətdə istedadlı şagirdlərin aşkara çıxarılması məqsədi ilə

                                  əmr edirəm:

1.Bakı şəhərinin ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında 2015-ci ilin noyabr ayında “Hüquqlarımızı tanıyaq və qoruyaq!” mövzusunda inşa yazı müsabiqəsi keçirilsin.

2.Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin.

4. Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

5. Müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar lazımi tədbirlərin görülməsi müdir müavini N.Səfərovaya tapşırılsın.

6.Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

7.İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin. 

8.Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Kəsəmənliyə həvalə olunsun.

Əsas:Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2015-ci il üçün Fəaliyyət Planı. 



Nazir müavini, 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 

müdir səlahiyyətlərini müvəqqəti icra edən: Ceyhun Bayramov 

              Əlavə:

"Beynəlxalq Sülh günü" münasibətilə dəyirmi masa keçirildi

 21 Noyabr tarixində "Beynəlxalq Sülh günü" münasibətilə Qurbanova Jalə 9c sinif şagirdləri ilə dəyirmi masa keçirildi. ...