17 Kasım 2016 Perşembe

Bu gün məktəbimizdə fənn müsabiqəsi keçirildi


Bu gün məktəbimizdə fənn müsabiqəsi keçirildi. III –IV sinflər arası Azərbaycan dili və riyaziyyat fənlərindən, V-XI siniflərdə Azərbaycan dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya, fizika, kimya, biologiya və xarici dil fənlərindən məktəbdaxili  müsabiqə keçirildi. Müsabiqədə 400-ə yaxın şagird iştirak etdi.










17 noyabr Milli Dirçəliş günü münasibətilə məktəbimizin tarix müəllimi Qurbanova Jalənin rəhbərliyi və VI-VIII siniflərin iştirakı ilə tədbir keçirildi


17 noyabr Milli Dirçəliş günü münasibətilə məktəbimizin tarix müəllimi Qurbanova Jalənin rəhbərliyi və VI-VIII siniflərin iştirakı ilə tədbir keçirildi. Tədbirdə VIII siniflər arasında diskussiya və VI sinfinin hazırladığı ədəbi-bədii kompozisiya ilə yadda qaldı.











12 Kasım 2016 Cumartesi

12 Noyabr Konstitusiya günüylə əlaqədar dəyirmi masa keçirildi


Əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalq qarşısında  ötən əsrin 90–cı illərində dövlət təsisatların yaradılması ,hüquqi və demokratik dövlət quruculuğu bütün  zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi .Bu gün ilə əlaqədar Jalə müəllim dəyirmi masa keçirdi.









8 Kasım 2016 Salı

"Əbədi ucalan bayrağımız" adlı tədbirdən görüntülər


Azərbaycan dili və Ədəbiyyat müəllimi H.Cəvahirin VII Ç sinfi ilə keçirdiyi "Əbədi ucalan bayrağımız" adlı tədbirdən görüntülər.











7 Kasım 2016 Pazartesi

"BAYRAQ MÜQƏDDƏSDİR" MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLDİ

 9 noyabr Dövlət Bayraq günü ilə əlaqədar Azərbaycan dili və ədəbiyyat müəlliməsi B.Günel VI B və VI Ç sinif şagirdlərinin təqdimatında "Bayraq müqəddəsdir" mövzusunda dəyirmi masa keçirtdi.













Sağlam həyat "sağlam ailə" sağlam diş əti - gözəl təbəssüm deməkdir



Dişlərin sağlamlığına kiçik yaşlardan fikir vermək lazımdır.  Bu baxımdan da məktəbimizin ibtidai sinif müəllimi Elnarə Fətullayeva uşaqları maarifləndirmək məqsədilə, məktəbimizə həkim stamatoloq Nübar Məmmədovanı dəvət etdi.












4 Kasım 2016 Cuma

"MƏNİM BAYRAĞIM"


Hər bir millətin bayrağı (sancağı) onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, bir sözlə onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki, millət onda keçmişini və bu gününü görür, gələcəkdə atacaq addımları müəyyənləşdirir. Əgər kimsə yaşadığı bir ölkədə milli ideyanın nədən ibarət olmasını bilmirsə, yaxud da belə bir ideyanın olmadığını iddia edirsə deməli, onun şüurunda milli bayraq anlayışı ya çox zəif şəkildə mövcuddur, ya da ümumiyyətlə yoxdur. Çünki milli bayraq yeganə mənəvi-ideoloji anlayışdır ki, vətəndaş onda özünü-kimliyini, dilini, mədəniyyətini və s. görür. Deməli, milli bayrağın mahiyyətini, mənəvi-ideoloji mənasını anlamayan bir kəsdə bayraq sevgisi yarana bilməz.

Sabunçu rayon Gənclər evində keçirilən "Mənim bayrağım" şeir müsabiqəsində məktəbimizin VI A sinif şagirdi Zeynalov Ərrəhman iştirak etdi.







"Beynəlxalq Sülh günü" münasibətilə dəyirmi masa keçirildi

 21 Noyabr tarixində "Beynəlxalq Sülh günü" münasibətilə Qurbanova Jalə 9c sinif şagirdləri ilə dəyirmi masa keçirildi. ...