25 Ocak 2017 Çarşamba

20 Yanvar faciəsinin 27 - ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsində fərqləndik



128 N-li məktəbin 11 B sinif şagirdi Əliyeva Vəfa Bakı şəhər Gənclər idarəsi və Abşeron Rəsm Qaleriyasının birlikdə təşkil etdiyi 20 Yanvar faciəsinin 27 - ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsində fərqləndiyinə görə diplom və hədiyyə ilə təltif olunmuşdur






Sevinc Fətullayevanın rəhbərliyi altında " Təbiəti qoruyaq " adlı tədbir keçirildi



" Təhsili Dəyərə Çevirək " devizi altında " Ekologiya və Sağlamlıq " istiqamətində " Ekoloji aylıqlar " layihəsi çərçivəsində N.Nərimanov adına 128 N-li tam orta məktəbdə yanvar ayı ərzində " Ekologiya və İqtisadiyyat " mövzusu ətrafında aparılan fəaliyyətin yekun olaraq Sevinc Fətullayevanın rəhbərliyi altında " Təbiəti qoruyaq " adlı tədbir keçirildi.










21 Ocak 2017 Cumartesi

19 yanvar 2017 –ci il tarixində 128 N-li məktəbdə “20 Yanvar -Tariximizin qan yaddaşı ” mövzusunda dəyirmi masa keçirilmişdir



 Dəyirmi masa məktəbimizin sinif şagirdləri ilə tarix müəllimi Jalə Qurbanovanın rəhbərliyi ilə keçirilmişdir.Xalqımızın tarixindəki faciələr yada salınmış, 20 Yanvar – Azərbaycan xalqının sınağa çəkildiyi müdhiş bir gecə olduğu söylənilmişdir. Dağlıq Qarabağda baş qaldırmış erməni separitizminə rəvac verən Rusiya günahsız xalqın üzərinə tanklar yetirmişdir, qırğınlar törətmişdir. Məqsəd Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğmaq ,xalqa mənəvi zərbə vurmaq olmuşdur.Çıxış edənlər qeyd etmişlər ki, Qanlı Yanvar Faciəsi xalqın qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. 









19 Ocak 2017 Perşembe

18 yanvar 2017-ci il tarixində məktəbimizin II B sinif şagirdləri sinif rəhbərləri Xatirə müəllimin rəhbərliyi ilə Şəhidlər Xiyabanını ziyarət etmişlər.




Şəhidlər xiyabanı xalqımızın qürur yeri, səcdəgahıdır. Şəhidlər xiyabanı hər il bu vaxtlar qərənfil dənizinə dönür.


Şəhidlərin nəzərinə çatdırıldı ki, Qanlı yanvar xalqımızın həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Bu səhifə Xiyabandakı məzarlıqda yatan, şəhidlərimizin qanı ilə yazılmışdır. Həm də əbədi olaraq...






10 Ocak 2017 Salı

V siniflər arasında "Zəka işığında" adlı intellektual yarışma keçirildi


10.01.2017-cı il tarixdə V siniflər arasında "Zəka işığında" adlı intellektual yarışma keçirildi.Yarışmada: I yer: V D, V A və V B   II yer: V Ç    III yer : V C













"Beynəlxalq Sülh günü" münasibətilə dəyirmi masa keçirildi

 21 Noyabr tarixində "Beynəlxalq Sülh günü" münasibətilə Qurbanova Jalə 9c sinif şagirdləri ilə dəyirmi masa keçirildi. ...