31 Mayıs 2017 Çarşamba

Aqrar sahə ilə bağlı inşa müsabiqəsində fərqləndik


128 N-li məktəbin IX A sinif şagirdi Quliyev Murad inşa müsabiqəsində fərqləndiyi üçün Fəxri fərmanla təltif olundu.

Respublika fənn olimpiadasında II və III yeri qazandıq



N.Nərimanov adına 128 N-li tam orta məktəbin müəllim-şagird kollektivi Respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə II yeri (gümüş medal) qazanmış IX A sinif şagirdi Maral Əliyevanı və III yeri (bürünc medal) qazanmış XI B sinif şagirdi Nərmin Əliyevanı təbrik edirik. Şagirdlərimizə növbəti müsabiqələrdə uğurlar arzulayırıq. Uğurlarınız davamlı olsun.



İNGİLİS DİLİ AYLIĞINA GÖRƏ SON VƏ MÖHTƏŞƏM TƏDBİR KEÇİRİLDİ


İngilis dilində keçirilən "guiz" - in davamı olaraq , 30.05.2017-ci il tarixdə ingilis dili aylığına görə son və möhtəşəm tədbir keçirildi. Tədbir iştirakçıları I - X sinif şagirdlərindən ibarət idi.Aparıcıların sərbəst ingilis dilində tədbiri idarə etmələri gözəl məqamlardan biri idi.Şagirdlər ingilis dilində mahnılar, şeirlər və rəqslər ifa etdilər. I, II, IV sinif şagirdlərinin mahnı və rəqsləri VII sinif şagirdi Dəyanətin dostları ilə ifası, VIII sinif qızlarının hip-hop rəqsi, 10 cu sinif şagirdlərinin hazırladıqları pantomima, V, VI, VIII sinif şagirdlərinin səhnəcikləri və bir - birindən maraqlı və rəngarəng idi.
































23 Mayıs 2017 Salı



Kiçik akademiyanın  "Mən müəllim olsaydım..." layihəsi davam edir. Bu layihə çərçivəsində riyaziyyat müəllimi Əzimzadə Sədaqət "Üçbucağın xarici bucağı və onun xassəsi" mövzusunda nümunəvi dərs keçirdi.








22 Mayıs 2017 Pazartesi

VI A sinfi Heydər Əliyev Mərkəzini ekskursiya etdi

  Xəlilova Esmira müəllimin rəhbərlik etdiyi VI A sinfi  ilə Heydər Əliyev Mərkəzini ekskursiya etdi.






Kiçik akademiyanın "Mən müəllim olsaydım" layihəsi çərçivəsində  tarix müəllimi  Qurbanova Esmira "Yadellilərin Albaniyaya yürüşü "mövzusunda nümunəvi dərs keçirdi









20 Mayıs 2017 Cumartesi

"Ailəmizi nece görürük " adlı maarifləndirici tədbir keçirildi


I D sinif rəhbəri Fətulleyva Elnarə müəllimə "Ailəmizi nece görürük "adlı  maarifləndirici tədbir keçirdi. Tədbirdə məktəb rəhbərliyi, şagidlər və valideynlər iştirak etdi.












"Beynəlxalq Sülh günü" münasibətilə dəyirmi masa keçirildi

 21 Noyabr tarixində "Beynəlxalq Sülh günü" münasibətilə Qurbanova Jalə 9c sinif şagirdləri ilə dəyirmi masa keçirildi. ...