30 Aralık 2016 Cuma

Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə tədbir keçirildi


Bu gün məktəbimizdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə gözəl bir tədbirin iştirakçısı olduq. Bu sevinci bizə yaşatdığına görə məktəb rəhbərliyinə, ədəbiyyat müəllimi Nisəxanım Xəlilovaya,musiqi müəllimi Çiçək Nuriyevaya və əməyi keçən hər kəsə təşəkkür edirik.




















20 Aralık 2016 Salı

“Mən aqrar sahənin mütəxəssisi olsam gələcəkdə bu sahənin inkişafı üçün nə edərdim” adlı layihəsi çərçivəsində tədbir həyata keçirildi




Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsini 9755-03/07 nömrəli 28 noyabr 2016-cı il əmrinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya  Məsləhət Mərkəzinin əməkdaşları - Kənd Təsərrüfatı Nazirliyi Aqrar-Elm İnformasiya Məsləhət Mərkəzi gənc alimlər  şurasının sədri Aqrar elmlər üzrə fəlsəfə doktoru Faiq Xudayev , Əkinçilik Elmi-Tədqiqat institunun gənc alimlər şurasının fəlsəfə doktoru Həlimə Məmmədova, Tərəvəzçilik Elmi Tədqiqat institunun elmi katib və gənc alimlər şurasının sədri aqrar elmlər fəlsəfə doktoru Ramil Nəbiyev,Aqrar Elm Məsləhət Mərkəzinin baş mütəxəsisi Əkrəm Həsənzadə N.Nərimanov adına 128 N-li  Tam orta məktəbində “Gənclərin və orta məktəb şagirdlərinin aqrar elmə marağının artırılması” , “Şagirlərin düşüncəsində aqrar sahənin inkişaf yolları” və “Mən aqrar sahənin mütəxəssisi olsam gələcəkdə bu sahənin inkişafı üçün nə edərdim” adlı  layihəsi çərçivəsində tədbir həyata keçirdi.










\


14 Aralık 2016 Çarşamba

Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi



 128 N-li məktəbin tarix müəllimi Q.Esmira VI B sinif şagirdlərinin təqdimatında Ulu Öndər Heydər  Əliyevin anım günü ilə əlaqədar " Əsrə barabər ömür " adlı tədbir keçirdi.
Tədbir rəsmi və bədii hissədən ibarət oldu. Burada H.Əliyevin həyat və fəaliyyəti ilə bağlı videomateriallar, şeirlər, səhnəciklər təqdim olundu.









6 Aralık 2016 Salı

"Əsrə barabər 25 il" mövzusunda dəyirmi masa keçirildi


 Dəyirmi masada "Tarixi şəxsiyyətlərimiz" silsiləsindən Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıldı."Mən bütün dünya azərbaycanlıların özümün ən yaxın bacı və qardaşları kimi qəbul edirəm.Harada yaşayırsan yaşa, gərək ürəyin öz vətəninlə, torpağınla döyünsün, gərək nəbzin vətənin nəbzi ilə vursun, bu vətənpərvərlik hissi bizim hər birimizdə olmalıdır".  H.Əliyev






"Beynəlxalq Sülh günü" münasibətilə dəyirmi masa keçirildi

 21 Noyabr tarixində "Beynəlxalq Sülh günü" münasibətilə Qurbanova Jalə 9c sinif şagirdləri ilə dəyirmi masa keçirildi. ...