29 Nisan 2016 Cuma

"Ekolab" müsabiqəsinin rayon turunda qalib olduq


28.04.2016-cı ildə  məktəbimizin IX B sinif şagirdləri Bədəlova Günel və Əliyeva Həcər Ekolab lahiyəsində Tibbi və sağlamlıq istiqaməti sahəsində rayon üzrə müsabiqənin qalibi I yer oldular və şəhər mərhələsinə vəsiqə qazandılar.

"Gələcək nəsillərlə üz-üzə" müsabiqəsinin mükafatçılarından olduq


29.04.2016-cı il tarixdə "Hyatt Regency" otelində "Gələcək nəsillərlə üz-üzə"  VI ümumrespublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.Məktəbimizin XI B sinif şagirdi Mərdiyeva Günəş "Təhsil" çağırış istiqaməti üzrə III yerə layiq görülərək diplom və qiymətli hədiyyə ilə mükafatlandırıldı.

28 Nisan 2016 Perşembe

“Atomun quruluş modelləri” mövzusunda açıq dərs keçirildi


Fizika, Astronomiya və kimya bu fənləri bir-birinə nə bağlayır? 27.04.2016-cı il tarixdə məktəbin IX B sinif şagirdləri bu suala cavab verdilər.Kimya müəllimi K.Əsgərovanın,  fizika müəllimləri M.Məmmədovanın və S.Fətullayevanın IX B sinfi ilə hazırladıqları dərs bu mövzuya həsr olunmuşdu. Şagirdlər elektron resurslardan istifadə edərək qarşılarına qoyduqları məqsədə çatdılar.








27 Nisan 2016 Çarşamba

" Zəka işığında "adlı intellektual yarışma keçirildi


N.Nərimanov adına 128 N-li tam orta məktəbdə IV siniflər üzrə keçirilən " Zəka işığında "adlı intellektual yarışmadan görüntülər.
I yer : IV B II yer : IV A və IV D III yer : IV Ç və IV E IV yer : IV C











26 Nisan 2016 Salı

Azərbaycan dilindən açıq dərs keçirildi



25.04.2016-cı il tarixdə Günel Bağırova mürəkkəb feillər mövzusunda V B sinfinə açıq dərs verdi












25 Nisan 2016 Pazartesi

"Ordum varsa,yurdum var"mövzusunda dəyirmi masa keçirildi.


22.04.2016 - cı il tarixdə məktəb "Ordum varsa,yurdum var" mövzusunda müəllim və şagirdlərin iştiraki ilə məktəbin fəaliyyət planına əsas dəyirmi masa keçirildi.Dəyirmi masanın gedişində şagirdlərə vətənpərvərlik mövzusunda videoçarx təqdim olundu.









Məktəbdə riyaziyyat və fizika aylığı davam edir.



22.04.2016-cı il tarixdə riyaziyyat-fizika aylığı çərçivəsində fənn viktorinası keçirildi."Riyaziyyat + fizika" adlı viktorinada riyaziyyat müəllimi S.Əliyevanın şagirdləri ilə fizika müəllimi S.Fətullayevanın şagirdləri müvafiq fənlər üzrə biliklərini nümayiş etdirdilər.














"Beynəlxalq Sülh günü" münasibətilə dəyirmi masa keçirildi

 21 Noyabr tarixində "Beynəlxalq Sülh günü" münasibətilə Qurbanova Jalə 9c sinif şagirdləri ilə dəyirmi masa keçirildi. ...