24 Kasım 2015 Salı

VIII A sinfi. Solmaz Rəhimova Azərbaycan dili dərsində.




     N.Nərimanov adına 128 N-li tam orta məktəb Solmaz müəllim böyük həvəslə Azərbaycan dili fənnini tədris edir    

19 Kasım 2015 Perşembe

 128 №li məktəbin tarix və rəsm müəllimləri Jalə Qurbanova, Qızxanım Novruzova öz sinifləri ilə           ( VII A və VII Ç )             Qız qalası və Milli Tarix muzeyində.









                  









17 Kasım 2015 Salı



      128 №li məktəbdə məktəbdaxili fənn müsaqibəsinə bu gün yekun vuruldu. Müsaqibə iki turda keçirildi. Seçmə turda məktəbimizin 300-dən çox VI - XI sinif şagirdləri 07.11.2015 ildə öz qüvvəsini sınadı. Onlardan 107 şagird bu gün final turunda 8 fənn üzrə iştirak etdi. Nəticələr sabah elan olunacaq. Şagirlərimizə uğurlar arzulayırıq.









14 Kasım 2015 Cumartesi


             "Pepsico ve Eko" şirkətinin lahiyəsi olan 

                           beynəlxalq dərs. 




Mövzu: Su qoruyucuları sularımızı qoruyaq.

Uğurlar məktəbimizə inşallah lahiyəmiz

 qalib gələr.













N.Nərimanov adına 128 N-li tam orta məktəbdə 12 Noyabr Azərbaycan Konstitusiya gününə həsr olunmuş intellektual klubda "Zəka işığında" adlı bilik yarışı keçirildi. Yarışmanın qalibləri :
I yer : XI B 

II yer : IX B


III yer : X A və XI A








12 Kasım 2015 Perşembe

◇ 12 NOYABR ◇ AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜ

◇ 12 NOYABR ◇
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜ
 
Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun - Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.

10 Kasım 2015 Salı

ELAN

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna¬məsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının yerinə yetirilməsi ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı icra və rəhbərlik üçün qəbul edilsin.
2. Nəzərə alınsın ki:
2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilərək bu sənədin 4.9 – 4.12-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir:
"4.9. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür:
4.9.1. birinci yarımil - 15 sentyabr - 26 yanvar;
4.9.2. ikinci yarımil - 1 fevral - 14 iyun.
4.10. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
4.10.1. 5 gün payız tətili (16-20 noyabr);
4.10.2. 5 gün qış tətili (27-31 yanvar).

X A sinfi. Könül Hüseynova biolgiya dərsində.

 
           X B sinfi. Könül  Hüseynova   biolgiya   dərsində.


IV A sinfi. Esmira Kazımova riyaziyyat dərsində

IV A sinfi. Esmira Kazımova riyaziyyat dərsində



9 Kasım 2015 Pazartesi

Bayraq gününüz Mübarək ! 
Bu üç rəngli bayrağım gözümün işığıdır
 Azadlıq yağışından doğan                                               göy qurşağıdır !                                                      IV D sinfi.



Amerikadan Mikayıl Cabbarova müraciət...


ABŞ-da yaşayan soydaşımız maraqlı təkliflə tahsil naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb.
Biokimya doktoru, pedaqogika üzrə master Tariyel Azərtürk (Əliyev) məktəblərdə hər gün dərsə başlamazdan öncə üçrəngli bayrağımıza and içməyi təklif edir. O bununla uşaq yaşlarından Vətənə, Torpağa, Millətə sevginin, halal zəhmətin, ədalətin və doğruçuluğun müqəddəsliyinə inamın aşılanacağına inanır.
Tariyel Azərtürkün (Əliyev) Moderator.az -a göndərdiyi müraciəti olduğu kimi təqdim edirik:
"Azərbaycan Respublikası Təhsil Naziri Cənab Mikayıl Cabbarova
VACİB TƏKLİF:
ÜÇRƏNGLİ BAYRAĞA AND İÇMƏ MƏRASİMİ
Amerika məktəblərində hər gün səhər “Amerika bayrağına and içmə” mərasimi keçirilir. Hər gün eyni vaxtda məktəbin radiosu ilə verilən elana əsasən bütün siniflərdə məktəblilər ayağa qalxıb sağ əllərini ürəklərinin başına qoyur, sinifdən asılmış bayrağa üz tutaraq radio ilə verilən və əzbər bildikləri sözləri təkrar etməklə onun qarşısında and içirlər. Bu missiya zaman etibarilə heç bir dəqiqə də çəkmir. Amma onun uşaq və yeniyetmə daxilində doğurduğu pozitiv təlatüm bütün ömrü boyu Amerika vətəndaşını müşaiyət edir şübhəsiz.
Bayrağa uşaqlıqdan aşılanan bu cür sevgi Vətənə, Torpağa, Ölkəyə sevgi aşılayır.
Bu gözəl təşəbbüsü Azərbaycan məktəblərində də həyata keçirmək vaxtıdır, yoldaş CABBAROV.
Azərbaycan məktəblərinin hər sinfində Respublikanın üçrəngli bayrağı asılmalıdır. Hər gün səhər elanlarının 5 dəqiqəsinin ən azı bir dəqiqəsi ona and içilməli, sonrakı anlarda isə məktəb xəbərləri, yenilikləri elan olunmalıdır. Radiodan enən elan əsasında Azərbaycan məktəblisi və müəllimi ayağa qalxıb sağ əlini ürəyinin üstünə qoyur, üzünü bayrağa çevirərək təkrar edir:
“Mən Azərbaycan Respublikasının vətəndaşı müqəddəs üçrəngli və aylı-ulduzlu bayraq qarşısında and içirəm! And içirəm ki, hər işimdə halal, doğruçu, ədalətli, səxavətli və insanlara münasibətdə xeyirxah olacağam. Hamıya eyni gözlə baxacaq, Allahın bəxş etdiyi və babalarımızın qoruyub bizə əmanət verdiyi Vətənimiz Azərbaycanı, onun bütövlüyünü, müstəqilliyini, bayrağını göz bəbəyi kimi qoruyacaq, dilimi, elimi, Ana Vətənimi canım kimi sevəcəyəm!”.
Təqribən bu sözlərdən ibarət andiçmə mərasiminin tətbiqi Azərbaycan məktəblisini Vətənin, Torpağın, Dilin, Halal zəhmətin, Yaşam tərzinin, Ədalətin və Doğruçuluğun müqəddəsliyinə aşılayar. MTN kimi bir idarədə Vətənə xəyanət edən generalların sayını azaldardı. Dövləti, Vətəni, Xalqı söküb çökdürmək istəyən acgöz canavarların qarşısını az da olsa alardı.
Tariyel Azərtürk (Əliyev)
Biokimya doktoru, Pedagogika üzrə master
Sietl, Vaşinqton Ştatı, ABŞ"

"Beynəlxalq Sülh günü" münasibətilə dəyirmi masa keçirildi

 21 Noyabr tarixində "Beynəlxalq Sülh günü" münasibətilə Qurbanova Jalə 9c sinif şagirdləri ilə dəyirmi masa keçirildi. ...