9 Kasım 2015 Pazartesi

Amerikadan Mikayıl Cabbarova müraciət...


ABŞ-da yaşayan soydaşımız maraqlı təkliflə tahsil naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb.
Biokimya doktoru, pedaqogika üzrə master Tariyel Azərtürk (Əliyev) məktəblərdə hər gün dərsə başlamazdan öncə üçrəngli bayrağımıza and içməyi təklif edir. O bununla uşaq yaşlarından Vətənə, Torpağa, Millətə sevginin, halal zəhmətin, ədalətin və doğruçuluğun müqəddəsliyinə inamın aşılanacağına inanır.
Tariyel Azərtürkün (Əliyev) Moderator.az -a göndərdiyi müraciəti olduğu kimi təqdim edirik:
"Azərbaycan Respublikası Təhsil Naziri Cənab Mikayıl Cabbarova
VACİB TƏKLİF:
ÜÇRƏNGLİ BAYRAĞA AND İÇMƏ MƏRASİMİ
Amerika məktəblərində hər gün səhər “Amerika bayrağına and içmə” mərasimi keçirilir. Hər gün eyni vaxtda məktəbin radiosu ilə verilən elana əsasən bütün siniflərdə məktəblilər ayağa qalxıb sağ əllərini ürəklərinin başına qoyur, sinifdən asılmış bayrağa üz tutaraq radio ilə verilən və əzbər bildikləri sözləri təkrar etməklə onun qarşısında and içirlər. Bu missiya zaman etibarilə heç bir dəqiqə də çəkmir. Amma onun uşaq və yeniyetmə daxilində doğurduğu pozitiv təlatüm bütün ömrü boyu Amerika vətəndaşını müşaiyət edir şübhəsiz.
Bayrağa uşaqlıqdan aşılanan bu cür sevgi Vətənə, Torpağa, Ölkəyə sevgi aşılayır.
Bu gözəl təşəbbüsü Azərbaycan məktəblərində də həyata keçirmək vaxtıdır, yoldaş CABBAROV.
Azərbaycan məktəblərinin hər sinfində Respublikanın üçrəngli bayrağı asılmalıdır. Hər gün səhər elanlarının 5 dəqiqəsinin ən azı bir dəqiqəsi ona and içilməli, sonrakı anlarda isə məktəb xəbərləri, yenilikləri elan olunmalıdır. Radiodan enən elan əsasında Azərbaycan məktəblisi və müəllimi ayağa qalxıb sağ əlini ürəyinin üstünə qoyur, üzünü bayrağa çevirərək təkrar edir:
“Mən Azərbaycan Respublikasının vətəndaşı müqəddəs üçrəngli və aylı-ulduzlu bayraq qarşısında and içirəm! And içirəm ki, hər işimdə halal, doğruçu, ədalətli, səxavətli və insanlara münasibətdə xeyirxah olacağam. Hamıya eyni gözlə baxacaq, Allahın bəxş etdiyi və babalarımızın qoruyub bizə əmanət verdiyi Vətənimiz Azərbaycanı, onun bütövlüyünü, müstəqilliyini, bayrağını göz bəbəyi kimi qoruyacaq, dilimi, elimi, Ana Vətənimi canım kimi sevəcəyəm!”.
Təqribən bu sözlərdən ibarət andiçmə mərasiminin tətbiqi Azərbaycan məktəblisini Vətənin, Torpağın, Dilin, Halal zəhmətin, Yaşam tərzinin, Ədalətin və Doğruçuluğun müqəddəsliyinə aşılayar. MTN kimi bir idarədə Vətənə xəyanət edən generalların sayını azaldardı. Dövləti, Vətəni, Xalqı söküb çökdürmək istəyən acgöz canavarların qarşısını az da olsa alardı.
Tariyel Azərtürk (Əliyev)
Biokimya doktoru, Pedagogika üzrə master
Sietl, Vaşinqton Ştatı, ABŞ"

Hiç yorum yok:

Yorum Gönder

"Beynəlxalq Sülh günü" münasibətilə dəyirmi masa keçirildi

 21 Noyabr tarixində "Beynəlxalq Sülh günü" münasibətilə Qurbanova Jalə 9c sinif şagirdləri ilə dəyirmi masa keçirildi. ...